Əlaqə Arxiv
news Image
2015.10.08
17:15
| A A A
Rusiyalı politoloq: “Moskva bunu etsə, Azərbaycanı birdəfəlik itirər...”

"Qarabağda yeni müharibənin olacağı çox da inandırıcı deyil. Kiçik qarşıdurmaların olması mümkündür, lakin real olaraq böyük müharibədən danışmaq tezdir. Çünki bu müharibə nə Azərbaycana, nə Ermənistana, nə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə sərf etmir. ABŞ və Avropanın müharibəni niyə istəməməsi aydındır. Rusiyanın özü də regionda yeni münaqişə istəmir".


Publika.az xəbər verir ki, bunları rusiyalı politoloq Vadim Dubnov deyib.


Onun sözlərinə görə, Rusiyanın Qarabağa sülhməramlı çıxarması mümkündür: "Lakin bu Moskvanın Azərbaycanı birdəfəlik itirməsi ilə nəticələnə bilər. Bunu Kreml istəmir. Bakının sülhməramlıların Qarabağa daxil olmasına icazə verməsi də inandırıcı deyil. Ən azından Rusiya bunun əvəzində ona ciddi vəd verməlidir. Halbuki, Moskva belə bir vəd verə bilmir".


V. Dubnov qeyd edib ki, təmas xəttində artilleriyanın işə düşməsi yaxşı hal deyil: "Lakin fikrimcə, münaqişəyə nəzarət olunur. Sadəcə olaraq, hazırki status-kvo Azərbaycana sərf etmir və o, dünyanın diqqətində bu məsələni daim gündəmdə saxlamağa çalışır. Ermənistana gəlincə, Serj Sərkisyan müharibə ritorikası ilə məşğuldur. Eyni zamanda, o, təkcə Ermənistanın mövqeyini nümayiş etdirmir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, həmçinin, Rusiyanın deyə bilmədiklərini də dilə gətirir. Yəni Moskva özünü birbaşa demək istəmədiklərini Sarkisyanın dili ilə söyləyir".



Sizin Reklam Yeriniz