Əlaqə Arxiv
news Image
2015.10.08
18:00
| A A A
Prezident: "Azərbaycan Bolqarıstanın mühüm tərəfdaşlarından biridir"

Bolqarıstan prezidenti Rosen Plevneliev oktyabrın 7-də Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının sədri Nazim İbrahimovu qəbul edib.

DİDK-dan APA-ya verilən məlumata görə, R. Plevneliev rəsmi Sofiyanın Azərbaycanla ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. Prezident qeyd edib ki, Azərbaycan Bolqarıstanın mühüm tərəfdaşlarından biridir. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək, mərkəzin təşəbbüsü ilə həyata keçirilən layihələri təqdir etdiyini diqqətə çatdırıb.

N. İbrahimov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi dəstəyə görə Bolqarıstan prezidentinə minnətdarlığını bildirib.

Qəbulda gələn ilin mart ayında Bakıda keçirilməsi nəzərdə tutulan Qlobal Bakı Forumunun IV toplantısı ilə bağlı fikir mübadiləsi aparılıb. N. İbrahimov Azərbaycan prezidenti İlham Əliyevin bu foruma xüsusi əhəmiyyət verdiyini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə hər zaman diqqət və qayğı göstərdiyini vurğulayıb. O, qeyd edib ki, məhz prezident İlham Əliyevin dəstəyi sayəsində bu forum qlobal problemlərin müzakirə edildiyi mühüm bir platformaya çevrilib.

Bolqarıstanın dövlət başçısı Qlobal Bakı Forumunun IV toplantısının müasir dünyanın qlobal problemlərinin həllinə töhfə verəcəyinə ümid etdiyini, böyük məmnuniyyətlə Forumda iştirak etmək arzusunda olduğunu qeyd edib.


Sizin Reklam Yeriniz