Əlaqə Arxiv
news Image
2015.10.09
10:00
| A A A
Karter: “Rusiyanın atdığı raketlər ABŞ-ın pilotsuz təyyarəsinin yaxınlığından keçib”
“Rusiya Xəzər dənizindən Suriyadakı hədəflərə endirilən raket zərbələri barədə xəbərdarlıq etməyib, raketlər ABŞ-ın pilotsuz təyyarəsindən bir neçə mil aralıdan keçib”.

Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ müdafiə naziri Eşton Karter deyib.

 

"Onlar xəbərdarlıq etmədən Xəzər dənizi akvatoriyasındakı gəmilərdən qanadlı raketlərdən zərbələr endiriblər, raketlər  pilotsuz təyyarəmizdən bir neçə mil aralıdan keçib", deyə Karter NATO ölkələrinin müdafiə nazirlərinin iclasından sonra bildirib.

 

Rusiya Müdafiə Nazirliyi Baş Qərargah Baş Əməliyyat İdarəsinin rəisi Andrey Kartapolov bundan əvvəl bildirib ki, Rusiya qanadlı raketlərinin İŞİD-in Suriyadakı  mövqelərinə zərbələri barədə tərəfdaşlarının hamısını məlumatlandırıb.  Onun sözlərinə görə, raketlər Suriyada bütün hədəfləri dəqiq vurub.  

Sizin Reklam Yeriniz