Əlaqə Arxiv
news Image
2015.10.09
11:24
| A A A
Azərbaycanda deputatlığa namizədlər təşviqata başladı

Noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə deputatlığa qeydə alınan namizədlərin seçkiqabağı təşviqat kampaniyasının aparılmasına start verilib.


Movqe.az-ın məlumatına görə, bu gündən parlament seçkilərində namizədliyi qeydə alınmış namizədlər, o cümlədən onların səlahiyyətli nümayəndələri, vəkil elan edilmiş şəxslər təbliğat apara bilərlər.


Təbliğat kampaniyası seçkilərə 23 saat qalmış - 31 oktyabr saat 08:00-a qədər davam edəcək.


Xatırladaq ki, indiyədək 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Sizin Reklam Yeriniz