Əlaqə Arxiv
news Image
2015.10.09
12:10
| A A A
Səudiyyə Ərəbistanı Suriyadakı üsyançı qruplara müasir silahlar göndərəcək
Səudiyyə Ərəbistanı Suriyadakı üsyançı qruplara dəstəyini artırmaq qərarına gəlib.

Movqe.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Ər-Riyad üsyançıların Rusiya aviasiyasının zərbələrinə məruz qalmasından sonra bu qərarı qəbul edib.

Yüksək vəzifəli səudiyyəli dövlət məmuru Suriyadakı 3 qruplaşmaya – "Azad Suriya Ordusu", "Cənub Cəbhəsi" və "Fəth Ordusu"na müasir silahlar, o cümlədən tank əleyhinə idarəolunan qurğular verəcəklərini bildirib. O qeyd edib ki, yardımlar Səudiyyə Ərəbistanının terror təşkilatı saydığı "İŞİD" və "Əl-Nüsra"ya aid deyil.

Xatırladaq ki, daha əvvəl "Reuters" ABŞ-ın suriyalı müxaliflərə yardımı gücləndirmək niyyətində olduğu haqda xəbər yaymışdı.


Sizin Reklam Yeriniz