Əlaqə Arxiv
news Image
2015.10.09
15:55
| A A A
Yaponiyanın Baş naziri və Türkiyə Prezidenti qaçqınlar problemi ilə bağlı əməkdaşlıq barədə razılığa gəliblər

Yaponiyanın Baş naziri Şinzo Abe və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya qaçqınlarının Türkiyəyə axını ilə əlaqədar yaranan problemlərin həlli sahəsində sıx qarşılıqlı əməkdaşlıq barədə razılığa gəliblər.

Oktyabrın 8-də Türkiyə Prezidentinin Yaponiyaya səfəri çərçivəsində keçirilən görüş zamanı Ş.Abe iki ölkə arasında əməkdaşlığı yalnız bu ölkələrin liderləri arasındakı xoş münasibətlər kimi deyil, həm də sıx dostluq əlaqələri kimi xarakterizə edib.

Baş nazir əminliklə vurğulayıb ki, Türkiyə Prezidentinin Yaponiyaya səfəri iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.

Prezident R.T.Ərdoğan Yaponiyanın ölkəsinin ən sıx tərəfdaşlarından olduğunu vurğulayıb və ümid etdiyini bildirib ki, bu dostluq münasibətləri gələcək nəsillər tərəfindən də davam etdiriləcək.

Türkiyənin Suriyadan və digər regionlardan təqribən iki milyona yaxın qaçqını qəbul etdiyini qeyd edən R.T.Ərdoğan bildirib ki, bu, ölkənin büdcəsinə ciddi təsir göstərir.

Baş nazir Ş.Abe bildirib ki, ehtiyac yarandığı təqdirdə Yaponiya Türkiyəyə əlavə yardım etməyə, xüsusən də ölkənin cənubunda infrastrukturun təkmilləşməsi, su və kanalizasiya sisteminin qaydaya salınması istiqamətində kömək etməyə hazırdır.


Sizin Reklam Yeriniz