Əlaqə Arxiv
news Image
2015.10.09
17:08
| A A A
Bir fotoşəklin qiyməti: 478 min dollar!

XX əsrin populyar fotoşəkillərindən biri – Robert Meppltorpun çəkdiyi "Poliesterdən kostyum geymiş kişi" fotosu Sotheby's hərracında 478 min dollara satılıb.


Movqe.az TASS informasiya agentliyinə istinadla məlumat verir ki, bu məbləğ fotoşəkilin ilkin qiymətindən demək olar ki, iki dəfə çoxdur.


Sotheby's satış evinin fotoqrafiya şöbəsinin rəhbəri Kristofer Maxouninin sözlərinə görə, fotoşəkil satışlarının keçirildiyi bir neçə gün ərzində əldə edilən vəsaitin ümumi həcmi 3,3 milyon dolları keçib. "Poliesterdən kostyum geymiş kişi" bu mövsümün ən bahalı lotu, Meppltorpun əsərləri içərisində isə bahalığına görə ikinci fotoşəkil olub.


Məşhur amerikalı fotoqrafın ağ-qara fotoşəkili sonuncu dəfə 23 il bundan əvvəl satışa çıxarılmış və cəmi 9,9 min dollara satılmışdı. Beləliklə də, 23 il ərzində populyar fotoşəkil demək olar ki, 50 dəfə bahalaşıb.


Robert Meppltorp 1989-cu ildə 42 yaşında QİÇS-lə bağlı xəstəlik nəticəsində vəfat edib. Bundan sonra onun əsərləri kəskin olaraq bahalaşmağa başlayıb. Fotoqrafın ən bahalı fotoşəkili 2006-cı ildə 643,2 min dollara satılan Endi Uorholun portretidir.


Sizin Reklam Yeriniz