Əlaqə Arxiv
news Image
2012.10.15
17:18
| A A A
40 illik döyüşü bitirən razılaşma imzalandı
Movqe.Az bildirir ki, Cənub-Şərqi Asiya ölkələrindən Filippində qanlı döyüş bu gün sona çatıb. Ölkənin cənubunda 40 ildir mübarizə aparan Moro İslami Qurtuluş Cəbhəsi (MILF) ilə mərkəzi hökumət arasında çərçivə sülh müqaviləsi bu gün imzalanıb. Razılaşmanı hökumət adına danışıqları aparan Marvik Leonen ilə MILF-in vasitəçisi Muhager İqbal imzalayıb. Mərasimdə Filippin prezidenti III  Benigno Aquino, üsyançıların lideri Əl Həcc Murad İbrahim və Malayziyanın baş naziri Nəcib Raza da iştirak edib.
Sizin Reklam Yeriniz