Əlaqə Arxiv
news Image
2015.10.10
18:30
| A A A
Ərdoğan: Ankarada törədilən partlayışın məqsədi vətəndaş qarşıdurması yaratmaqdır

Ankarada törədilən partlayışın məqsədi vətəndaş qarşıdurması yaratmaqdır. Movqe.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasının məlumatında bildirilir.


Məlumatda bildirilir ki, hakimiyyət strukturları hazırda cinayətkarların tapılması üçün bütün tədbirləri həyata keçirirlər.


Qeyd edək ki, bu gün Ankarada dəmiryolu vağzalı yaxınlığında partlayış baş verib. Ankara polisinin verdiyi məlumata görə, terror aktında ölənlərin sayı 30-a, yaralananların sayı isə 126-ya çatıb.


Terror aktının kamikadze tərəfindən törədilməsi istisna olunmur.


Məlumatda bildirilir ki, Ankara polisi terrorçuların yeni terror aktları törətməsindən ehtiyat edirlər.


Sizin Reklam Yeriniz