Əlaqə Arxiv
news Image
2015.10.11
00:00
| A A A
Səfirlik: Ankaradakı partlayışda xəsarət alanlar arasında azərbaycanlıların olması barədə informasiya daxil olmayıb

Şənbə günü Ankarada dəmiryolu vağzalı yaxınlığında baş verən partlayışda xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə informasiya hələ daxil olmayıb. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.


Qeyd edək ki, bu gün Ankarada dəmiryolu vağzalı yaxınlığında partlayış baş verib. 20 nəfərin öldüyü, çox sayda yaralı olduğu barədə məlumat verilib. Bu barədə Trend TRT Haber telekanalına istinadən məlumat verir.


Hadisə yerinə çox sayda təcili-tibbi yardım maşınları cəlb edilib. İlkin məlumatlarda partlayışın terror aktı olduğu ehtimal edilir.


Məlumatlarda ölənlərin və yaralıların sayının artacağı təxmin edilir.


Terror aktının kamikadze tərəfindən törədilməsi istisna olunmur.

Sizin Reklam Yeriniz