Əlaqə Arxiv
news Image
2015.10.11
13:00
| A A A
Almaniyada hökumət əleyhinə etiraz aksiyaları baş qaldırıb

Almaniyada sağ-mühafizəkarlar tərəfindən Federal hökumətin qaçqınlarla bağlı yürütdüyü siyasət əleyhinə mitinq keçirilib.


Movqe.az AZƏRTAC-a istinadla məlumat verir ki, etiraz aksiyası zamanı ölkə kansleri Angela Merkelin istefası və eləcə də dövlətin miqrantlara dair siyasi kursunun dəyişdirilməsi tələb edilib. Polisin məlumatına görə, AFD (Almaniyanın alternativi) hərəkatının təşkilatçılığı ilə Erfurt şəhərində təşkil edilən mitinqə 8 mindən çox aksiyaçı qatılıb.


Növbəti həftə sağ-mühafizəkarlar tərəfindən Erfurtla yanaşı, Maqdeburq şəhərində də genişmiqyaslı etiraz nümayişləri planlaşdırılır.

Sizin Reklam Yeriniz