Əlaqə Arxiv
news Image
2015.10.11
15:30
| A A A
Türkiyədə 3 günlük ümummilli matəm elan edilib

Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror hadisəsinin çoxsaylı insan təlafatı ilə nəticələnməsi ilə bağlı 3 günlük ümummilli matəm elan edilib.


Movqe.az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu mətbuat konfransında bəyan edib.


Bu gün Ankarada dəmiryolu vağzalı yaxınlığında partlayış baş verib.


Terror aktında ölənlərin sayı 86-ya, yaralananların sayı isə 186-ya çatıb, Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu bildirib.


Sizin Reklam Yeriniz