Əlaqə Arxiv
news Image
2015.10.12
10:00
| A A A
“Hər zaman yanınızdayıq, Türkiyəm“ – DADP sədrindən başsağlığı

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma xanım Əliyeva son günlər Ankarada törədilən partlayış nəticəsində həyatlarını itirən şəhidlərə və rəsmi Ankaraya başsağlığı verib.

Son dövrlərdə Türkiyədə artan terror hadisələrindən ötəri böyük kədər yaşadığını deyən Fatma xanım Əliyeva Azərbaycan xalqı olaraq hər zaman terroru lənətlədiklərini bəyanlayıb: "Azərbaycan xalqı da erməni terrorundan əziyyət çəkməkdədir.  Terrorun, insani dəyərlərdə heç bir qarşılığı yoxdur və olmayacaq. Türkiyədə  törədilən hər hansı bir terror hadisəsi bütün türk dünyasına, bəşəriyyətə qarşı törədilmiş olur. Türk dünyası bu kimi xain və alçaq hücumlar qarşısında birliyindən əsla güzəşt verməyəcək. Daim terroru və terrorçuluğu lənətləyən, ona qarşı mübarizə aparan Azərbaycan partiya sədri kimi şəhidlərimizə Allahdan rəhmət diləyir, ailələrinə və Türk dünyasına başsağlığı diləklərimizi çatdırıram. Hər zaman yanınızdayıq, Türkiyəm".

Xatırladaq ki, Ankarada dəmiryol stansiyasına gedən yolun üzərində yerləşən körpünün altında törədilən terror hadisəsi nəticəsində 95 nəfər həyatlarının itirib, 246 nəfər isə yaralanıb.

Sizin Reklam Yeriniz