Əlaqə Arxiv
news Image
2015.10.13
10:45
| A A A
Avropa Şurasının cığallığı...
Zahid Oruc: “Ən sonda onlar şərtlərindən əl çəkəcəklər” Hikmət Babaoğlu: “Avropadakı regional və beynəlxlq təşkilatların mövqelərində qeyri-obyektivlik, qərəzlilik tendensiyası müşahidə edilir”

Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirdiyi halda bu qurumun baş katibi Torbyorn Yaqland növbəti dəfə öz qərəzini nümayiş etdirdi. Avropa Şurasının baş katibi Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupunda AŞ-nın iştirakının ləğv olunması barədə qərar verdi. Siyasi şərhçilər qərarın gözlənilən olduğunu deyirlər. Hesab edilir ki, Torbyorn Yaqlandın qərarının Azərbaycan ilə Avropa Şurasının münasibətlərinə xələl gətirəcək.

Millət vəkili Zahid Oruc hesab edir ki, Yaqlandın qərarı münasibətlərə zərbə vuracaq: "Yaqland həmişə eyni xarakterdə çalışmada olub. O, hər bir vəchlə Azərbaycanın Avropa Şurasının tribunasında mühakimə edilməsinə çalışıb. Həmişə ölkəmizin siyasi adına, mövqeyinə zərbə gəlməsini, bu və ya digər dövlətlərlə münasibətini əngəlləmək istəyib.

Onlar düşünürlər ki, bu cür əmllə Azərbaycanı özlərinə tabe etdirə biləcələr, seçki prosesini əllərinə alacaq, bununla da hakimiyyətin bölgüsünə nail olacaqlar. Ancaq ən sonda onlar regional proseslərlə hesablaşmağa, şərtləri qəbul etməyə məcburdular. Azərbaycan isə ötən dövr ərzində bu qurum tərəfindən ciddi qınaqlara və təsirlərə məruz qalsa da, özünün Qərbyönlü kusundan geri durmayıb. Xarici siyasət strategiyamız dəyişmədiyi halda Qərb dairələrinin bəlli geopolitik niyyətindən, iqtisadi, siyasi mənafelərindən meydana gəlmiş bu qərarlar bizdən asılı deyil. Yəni, bu "müharibə"ni biz başlamamışıq. Ancaq ən sonda onlar şərtlərindən əl çəkəcəklər".

Digər siyasi şərhçi Hikmət Babaoğlu da artıq uzun müddətdir Avropadakı regional və beynəlxlq təşkilatların mövqelərində qeyri-obyektivlik, qərəzlilik tendensiyası müşahidə edildiyini bildirdi: "Çox təəssüf ki, indiki mərhələdə bir sıra regional təşkilatlar özlərini beynəlxalq münasibətlərin interaktivi kimi göstərməyə çalışırlar. Əslində, regional, beynəlxalq təşkilatlarla dövlətlər arasında olan münasibətlər tərəfdaşlıq və əməkdaşlıq prinsiplərinə söykənməlidir. Qarşılıqlı öhdəliklər yerinə yetirilməlidir. Bu zaman da münasibətlərdə siyasi əməkdşlıq ruhu hiss olunmalıdır.

Müxtəlif qurumlar bir növ "xristian klubu" kimi səciyyələnən Avropa İttifaqı ölkələrinin maraqlarının müdafiəçisi qismində çıxış edirlər. Bu kimi məsələlər də məhz buradan başlayır. Belə olanda tərəfdaş ölkələrin maraqları nəzərə alınmır. Artıq burada münasibətlərdə tərəfdaşlıq və əməkdaşlığa xələl gəlmiş olur. Bütün məsələlərin kökündə qərəz və Avropa İttifaqı ölkələrinin milli maraqları durur. Hər bir ölkənin milli maraqları var. Ona görə də hər hansısa qlobal dəyərləri manipulyasiya edib digər dövlətlərin milli maraqlarına toxunulacaqsa, əlavə güzəştlər tələb olunacaqsa, bu, artıq tərəfdaşlıq yox, münasibətlərdə dominantlıq deməkdir. Azərbayan isə buna razı olmayacaq. Çünki, Azərbaycan müstəqil ölkədir. Yaqlandın insan hüquqları ilə bağlı qəbul etdiyi qərar əslində, insan hüquqları ilə bağlı olan məsələ deyil. Sadəcə, diqtə edən tərəf kimi avropalıların istəklərinin təmin olunmamasından doğan qərəzli və subyektiv qərardır. Bu qərarın Azərbaycandakı milli demokratiyaya heç bir təsiri olmayacaq. Azərbaycanda insan hüquqlarının ən böyük qoruyucusu Azərbaycan Konstitusiyasıdır. Ən böyük hamisi isə Azərbaycanda mövcud olan siyasi iradə və hakimiyyətdir".



Sizin Reklam Yeriniz