Əlaqə Arxiv
news Image
2015.10.13
17:56
| A A A
İctimai kanal Şuranın 100 min manatını niyə geri qaytarmır?-Açıqlama

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) 100 min manat vəsaiti hələki Milli Televiziya və Radio Şurasına (MTRŞ) geri qaytarmayıb. Bu barədə Movqe.az-a məlumat verən MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, qarşı tərəf apellyasiya şikayəti verdiyindən, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarı icra olunmayıb: "Məhkəmə şuranın iddiasını təmin edib. Həmin qərarla razılaşmayan İTV isə apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub. Apellyasiya məhkəməsinin qərarından asılı olaraq  100 min manatın taleyi bəlli olacaq. Heç bir qərar icra olunmamış qalmır. Biz sadəcə olaraq apelyasiyanın qərarını gözləyirik". 


Xatırladaq ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkətini "Qarabağnamə"çoxseriyalı bədii televiziya filminiyarımçıq dayandırdığına görə məhkəməyə verib. MTRŞ İTV-də yayımlanan "Qarabağnamə" çoxseriyalı bədii televiziya filminə ayrılan vəsaitin geri qaytarılması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə şuranın iddiasını təmin edib.  


2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin milli teleserialların və televiziya filmlərinin çəkilişi üçün telekanallara dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılması barədə sərəncam imzalamışdı. Həmin vaxt "Qarabağnamə" serialının çəkilişinə 100 min manat vəsaitin sərf olunacağı bildirilirdi.   

Sizin Reklam Yeriniz