Əlaqə Arxiv
news Image
2015.10.14
13:11
| A A A
​Hillari Klinton Suriyada uçuşlar üçün qadağan olunan zonanın yaradılmasını təklif edib

Hillari Klinton hesab edir ki, Amerika Birləşmiş Ştatları və onun anti-terror koalisiyası üzrə müttəfiqləri Suriyada hərbi təyyarələrin uçuşları üçün qadağan olunmuş zona yaratmalıdır. Movqe.az TASS-a istinadən məlumat verir ki, bunu Demokratlar partiyasından prezidentliyə namizəd, ABŞ-ın keçmiş dövlət katibi H.Klinton ilk seçkiqabağı teledebatlarda deyib. O, belə fikir ifadə edib ki, bu addım Suriyadakı dinc sakinləri qorumağa kömək edəcək və Rusiyaya təzyiq göstərmək üçün bir vasitə olacaq.

"İnsanların Suriyadan qaçmasının qarşısını almaq üçün, biz orada uçuşlar üçün qadağan olunmuş zona yaratmalıyıq", - o bildirib.


Sizin Reklam Yeriniz