Əlaqə Arxiv
news Image
2015.10.14
16:45
| A A A
Tehranda İranın Suriya ilə bağlı planı müzakirə olunacaq

İranın regiondakı böhranlar, xüsusi ilə Suriyadakı böhranın həlli üçün təqdim etdiyi təkliflər tam razılaşdırıldıqdan sonra siyasi plan kimi təqdim olunacaq. Bunu İranın xarici işlər nazirinin müavini Hüseyn Əmirabdullahian Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşündən sonra jurnalistlərə deyib. Bu barədə Movqe.az İranın "tasnimnews" agentliyinə istinadən məlumat verir.


H.Əmirabdullahian deyib ki, gələn həftə Suriyanın Xarici İşlər nazirinin müavini Feysəl Miqdad İrana səfər edəcək və Tehranda bu layihə haqqında danışıqlar aparılacaq: "Avropa İttifaqının ali nümayəndəsi, Rusiya prezidenti və XİN-i və regiondakı bəzi dostlarımızla apardığımız müzakirələrin nəticəsi olaraq, təkliflərimiz siyasi bir plan kimi təqdim olunacaq və detallar açıqlanacaq".


H.Əmirabdullahian deyib ki, Suriyanın hazırkı böhrandan çıxış yolu üçün İranın təkliflər paketi xarici işlər naziri Məhəmməd Cavad Zərifin Suriyaya son səfərində bu ölkənin prezidenti Bəşər Əsədə təqdim olunub.


İranın XİN başçısının müavininin sözlərinə görə, həm Avropa Birliyi və həm də fikir mübadiləsi aparılan digər tərəflər Suriya böhranının həllində maraqlıdırlar.


Sizin Reklam Yeriniz