Əlaqə Arxiv
news Image
2015.10.15
10:10
| A A A
Türkiyənin baş naziri Ankarada terror zamanı ölənlərin sayını açıqlayıb

Türkiyənin baş naziri Əhməd Davudoğlu oktyabrın 10-da Ankarada törədilən terror aktı nəticəsində ölənlərin sayını açıqlayıb.

Movqe.az "Franc-Press"ə istinadən məlumat verir ki, onun sözlərinə görə, paytaxtda 99 nəfər terror hücumunun qurbanı olub.

Nazir əlavə edib ki, ölənlərdən 94 nəfərin meyiti dəfn edilməsi üçün ailələrinə təhvil verilib.

Şəhərin Tibb Palatası əməkdaşlarının məlumatına görə isə, terror nəticəsində 106 nəfər həyatını itirib.

Sizin Reklam Yeriniz