Əlaqə Arxiv
news Image
2015.10.15
12:40
| A A A
ABŞ müdafiə naziri: “Suriya məsələsində Rusiya ilə əməkdaşlığa hazırlaşmırıq”

ABŞ müdafiə naziri Eşton Karter Rusiyanın Suriyadakı siyasətini "zərərli və destabilizasiya yaratmağa yönəlmiş siyasət" adlandıraraq bunun qarşısını almaq üçün bütün lazımi addımları atacaqlarını bəyan edib.

Movqe.az-ın "The Guardian"a istinadən verdiyi məlumata görə, Pentaqon rəhbəri bildirib ki, Rusiya prezidenti Vladimir Putin öz ölkəsini təcrid girdabına salıb və bu vəziyyəti yalnız öz siyasətində kardinal dəyişiklik edərək dəyişə bilər. "Biz Rusiyanın zərərli və destabilizasiyaya yönəlmiş təsirinin, onun təcavüz və məcburetmə siyasətinin qarşısını almaq üçün bütün lazımi addımları atırıq", - deyə nazir Suriya və Ukraynada baş verənləri nəzərdə tutaraq söyləyib.

K. Eşton Rusiyanın Suriyada "yalançı strategiya" ilə çıxış etdiyini və Bəşər Əsədə dəstək verdiyini vurğulayaraq Moskva ilə bu məsəldə əməkdaşlıq etməyə hazırlaşmadıqlarını diqqətə çatdırıb.

Xatırladaq ki, ABŞ Rusiyanın baş naziri Dmitri Medvedevin rəhbərliyi ilə bu ölkə nümayəndə heyətini qəbul etməkdən imtina edib. Səfər zamanı iki dövlət yüksək səviyyədə Suriya məsələsini müzakirə etməli idi. Ağ Evin mətbuat katibi Coş Ernest bunu "Moskvanın "İŞİD"lə mübarizəyə töhfə vermək istəməməsi" ilə izah edib. O qeyd edib ki, Rusiyanın Suriyada öz gündəmi var.


Sizin Reklam Yeriniz