Əlaqə Arxiv
news Image
2015.10.15
13:35
| A A A
“Rusiya İraq kürdlərinə Bağdad rəhbərliyinin razılığı ilə hərbi dəstək verib.”

Bunu Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov Helsinkidə keçirilən mətbuat konfransında deyib.

S.Lavrov Rusiyanın müstəqil dövlətlərin Suriya və İraq hökumətlərinə hərbi və texniki sahədə kömək etdiyini amma İraq kürdlərinə isə terrorla mübarizə çərçivəsində hərbi dəstək verdiklərini açıqlayıb. XİN rəsmisi onu da bildirib ki, bütün bunlar Bağdad rəhbərliyinin razılığı alınaraq edilib. Lavrov, terrorla mübarizə edən hər kəsin səylərini bir araya gətirmələrini və addımlarını koordinasiyalı bir şəkildə atmalarının lazım olduğunu söyləyib.


Diplomat "Ankaranın HDP-nin Suriya qanadı olan Demokratik Birlik Partiyasının hərbi dəstəkləri səbəbi ilə Rusiya və ABŞ səfirlərini xarici işlər nazirliyinə çağırması" sualına da aydınlıq gətirib: "Türkiyə Xarici İşlər Nazirliyinə dəvət mövzusunda məlumatının olmadığını söyləyib.Yəqin ki, biz təyyarədə ikən oldu".

Sizin Reklam Yeriniz