Əlaqə Arxiv
news Image
2015.10.15
14:15
| A A A
ABŞ rəsmisi terrorçulara 50 ton silah verilməsi sualına cavabdan yayınıb

"YPG"ni ("Xalqı Müdafiə Birliyi", terrorçu PKK-nın Suriyadakı qolu "PYD"nin ("Demokratik Birlik Partiyası" silahlı qruplaşması) dəstəkləməkdə davam edəcəyik. Türkiyə ilə "YPG"yə dair müzakirələri davam etdirir, bu məsələdə Türkiyənin narahatlığını başa düşür və hörmətlə yanaşırıq".

Movqe.az Türkiyə KİV-inə istinadən məlumat verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.

"ABŞ və 60-dan çox koalisiya üzvü üçün İŞİD-ə qarşı mübarizənin önəmli olduğunu unutmaq olmaz. Bu məsələdə Türkiyənin həssaslığını anlayıram. Suriyada İŞİD-ə qarşı fəal mübarizə aparan bu qrupları uyğun şəkildə dəstəkləməyi davam etdirəcəyik", - sözçü vurğulayıb.

O, bu yaxınlarda Suriyadakı terrorçu PKK-nın qolu "PYD"yə ABŞ-ın 50 ton, yaxud 27 konteyner silah-sursat atması ilə bağlı sualı cavablandırarkən isə deyib: "Mənim bildiyimə görə, bu silah-sursat İŞİD-ə qarşı mübarizə aparan suriyalı ərəblər üçün atılıb. Ancaq bu sualı Pentaqona versəniz yaxşı olar".

Jurnalist Türkiyənin baş naziri Əhməd Davudoğlunun "PKK Türkiyəyə hücum etdikdən sonra "PYD" və "PKK"ya ediləcək istənilən yardımı Türkiyəyə qarşı addım kimi qəbul edəcəyik. Lazım olan görüşlər oldu, etirazlar edildi. Əgər Suriyadan Türkiyəyə "PYD" də daxil olmaqla hər hansı basqın, silah-sursat ötürülməsi yaranarsa, o zaman İraqın şimalında gördüyümüz tədbirləri orada tətbiq edərik" bəyanatına da Con Kirbinin münasibətini öyrənmək istəyib. Sözçü isə belə bir açıqlamadan xəbəri olmadığını deyib.

Sizin Reklam Yeriniz