Əlaqə Arxiv
news Image
2015.10.15
15:20
| A A A
Putinlə Nazarbayev Xəzərin dibini bölüşdürdü

Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Nursultan Nazarbayev yeraltı sərvətlərin istifadəsi üzrə suveren hüquqların həyata keçirilməsi üçün Xəzər dənizinin şimal hissəsinin dərinliyinin bölüşdürülməsi haqqında iki ölkə arasında bağlanmış 6 iyul, 1998-ci il tarixli sazişə dair protokolda dəyişikliklərin edilməsi barədə protokol imzalayıblar.Movqe.az xəbər verir ki, məlumatı "RİA Novosti" yayıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bundan əvvəl bəyan etmişdi ki, bu gün imzalanan sənəd "Mərkəzi" neft yatağının birgə işlənməsi məsələlərinin tənzimlənməsini nəzərdə tutur. Qeyd edək ki, V.Putin hazırda Qazaxıstanda dövlət səfərindədir. Onun səfəri iki gün çəkəcək. Putin sabah Astanada MDB ölkələri dövlət başçılarının və Avrasiya İqtisadi Birliyi şuralarının iclaslarında iştirak edəcək. Onun Astanada Belarus prezidenti Lukaşenko ilə təkbətək görüşü də nəzərdə tutulub.

Sizin Reklam Yeriniz