Əlaqə Arxiv
news Image
2015.10.16
12:40
| A A A
Rusiya “Azad Suriya Ordusu”nun nümayəndələrini Moskvaya dəvət etməyə hazırdır

Rusiya Azad Suriya Ordusunun (ASO) nümayəndələrini Moskvaya dəvət etməyə hazırdır. Movqe.az-ın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov bildirib.

"Əlbəttə, nə qədər tez olsa, bir o qədər yaxşıdır", deyə XİN rəhbərinin müavini Moskvanın ASO nümayəndələrini məsləhətləşmələrin aparılması üçün qəbul etməyə hazır olub-olmaması ilə bağlı suala cavabında bildirib.

Boqdanov Parisdə səfərdə olduğunu zaman nə vaxtlarsa ASO üzvü olan suriyalıların Rusiya səfirliyinə gəldiklərini qeyd edib: "Biz bütün səviyyələrdə terrorla mübarizəyə hazır olanların hamısını geniş antiterror cəbhəsinə qoşulmağa çağırmışıq".


Sizin Reklam Yeriniz