Əlaqə Arxiv
news Image
2015.10.18
16:30
| A A A
Odessa sahillərində katerin qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

Qara dənizin Odessa sahillərində katerin qəzaya uğraması nəticəsində 12 nəfər ölüb, 20 nəfər xəstəxanalara yerləşdirilib.

Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Odessa milis idarəsinin məlumatında bildirilib.

"Faciə nəticəsində 12 sərnişin ölüb, daha 20 nəfər isə xəstəxanaya yerləşdirilib, bir neçə nəfər isə tibbi yardımdan imtina edib. İki şəxsin axtarışları davam etdirilir. Hadisənin səbəbləri araşdırılır", deyə məlumatda bildirilir.

Ukraynanın baş naziri Arseniy Yatsenyuk qəzanın səbəblərinin araşdırılması üçün xüsusi komissiyanın yaradılmasına dair göstəriş verib.

Yerli hakimiyyət qurumlarının məlumatına görə, kater çevrilməsinə səbəb fırtına olub.


Sizin Reklam Yeriniz