Əlaqə Arxiv
news Image
2015.10.19
12:00
| A A A
Deputat: “Ermənistanda inqilab qaçılmazdır”

Ermənistan ordusu bir gün belə Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməz. Movqe.az-ın məlumatına görə, bunu Trend-ə Milli Məclisin deputatı Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, Ermənistanı idarə edən xunta rejimi sərsəm bəyanatlar verməklə, ac-yalavac günə qoyduğu xalqının gözünə "kül üfürmək" istəyir: "Ermənistan belə güclüdürsə, öz iqtisadi problemlərini həll etsin. Ermənilər kütləvi şəkildə mühacirətə axışırlar. Öz ölkələrində elementar maddi ehtiyaclarını ödəyə bilmirlər. Bu ölkədə vətəndaşların bütün hüquqları pozulur. Onların nə siyasi, nə də iqtisadi azadlıqları yoxdur. Xunta rejimi bilir ki, proseslər bu şəkildə davam edərsə, Ermənistanda inqilab qaçılmazdır. Bunun qarşısını almaq üçün saxta, sərsəm bəyanatlardan istifadə edir. Amma başa düşmür ki, boş, mənasız vədlərlə rəzil günə qoyduğu erməniləri aldada bilməyəcək. Bu adamların "xəmirinin mayası" yalandan yoğrulub".

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev hər şeyi öz adı ilə çağırır: "Cənab Prezident açıq şəkildə bəyan etdi ki, Ermənistan xunta rejimi tərəfindən idarə olunur. Bu, həm Sarkisyan rejiminə, həm də beynəlxalq birliyə açıq şəkildə mesaj idi. Cənab Prezidentin də söylədiyi kimi, ölkəmiz öz ərazi bütövlüyünü ən qısa zamanda təmin etməyə qadirdir. Ölkəmizin mövcud imkanları və hərbi potensialı buna imkan verir. Bizim qarşımızda faktiki olaraq dağılmaqda olan bir dövlət – zəif Ermənistan dayanıb".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm mesajlar verib: "Ordu quruculuğu daim diqqət mərkəzindədir. Azərbaycan Ordusu tam üstünlük əldə edib, düşmənə sarsıdıcı zərbələr vurub. Azərbaycan Silahlı Qüvvələri ermənilərin böyük təxribatlarının qarşısını aldı, preventiv zərbələr vurmaqla düşmənə çox böyük ziyan yetirdi və bir çox işğalçılar məhv edildi. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".


Sizin Reklam Yeriniz