Əlaqə Arxiv
news Image
2015.10.19
12:08
| A A A
Angel Merkel Türkiyənin Avropa İttifaqına üzvlüyünü sürətləndirmək barədə söz verib
Əhməd Davudoğlu: “Qaçqın böhranının həlli Suriyadakı vəziyyət tənzimlənmədən mümkün deyil”

Almaniya TürkiyəninAvropa İttifaqına üzvlüyünü sürətləndirmək barədə söz verib.


Movqe.az-ın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İstanbulda səfərdə olan Almaniya kansleriAngela MerkelƏhməd Davudoğluilə keçirdiyi birgə mətbuat konfrasında bildirib.


"Biz TürkiyəninAvropa İttifaqına üzvlüyü prosesini dinamikləşdirmək, iqtisadi və pul siyasəti məsələlərini nəzərdə tutan 17-ci maddə üzrə danışıqlara başlamaq istəyirik. Digər maddələr üzrə müzakirələr isə sonra aparılacaq", - deyə A. Merkel qeyd edib.


Türkiyənin baş naziriƏhməd Davudoğluöz növbəsində 2016-cı ilin iyuluna qədərAvropa İttifaqıölkələri ilə viza rejiminin aradan qaldırılacağına ümid etdiyini bildirib. Bu vaxt ərzində isə readmissiya haqda razılaşma (Avropa İttifaqıölkələrinə onun ərazisi vasitəsilə qanunsuz yolla gələn üçüncü ölkə vətəndaşlarının Türkiyə tərəfindən qəbul edilməsi) qüvvəyə minəcək.


Ə. DavudoğluAvropa İttifaqının miqrant probleminin həllinə yardım etməli olduğunu qeyd edib: "Beynəlxalq ictimaiyyət qaçqın böhranı ilə birgə məşğul olmalıdır. Bu isəSuriyadakı vəziyyət tənzimlənmədən mümkün deyil. Qeyri-qanuni miqrasiya ilə mübarizə bizim Almaniya ilə əməkdaşlığımızda vacib yerlərdən birini tutur".


Qeyd edək ki, Türkiyə vəAvropa İttifaqıarasında assosiasiya sazişi 1963-cü ildə imzalanıb. Rəsmi AnkaraAvropa İttifaqına üzvlük üçün 1987-ci ildə müraciət etsə də, bununla bağlı danışıqlar 2005-ci ildə başlayıb.


Bu müddət ərzində Avropa standartlarına uyğunlaşmaq üçün Türkiyə hakimiyyəti qarşısına qoyulan 35 texniki maddədən 14-ü razılaşdırılıb, 17 maddə üzrə müzakirələr dayanıb, 4 maddə üzrə isə danışıqlar davam etdirilir.


Brüssel və Ankara arasında narazılıq əsasən, Türkiyənin Kiprlə bağlı mövqeyi və bir çox Avropa siyasətçilərinin ittifaqda müsəlman dövləti görmək istəməməsi ilə əlaqədardır.



Sizin Reklam Yeriniz