Əlaqə Arxiv
news Image
2015.10.19
19:00
| A A A
Nigeriyada iki qadın kamikadzenin törətdiyi partlayışda 11 nəfər həlak olub

Yerli polisin məlumatına əsasən oktyabrın 18-də Nigeriyanın şimal-şərqində iki qadın terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində azı 11 nəfər həyatını itirib.

Movqe.az TASS informasiya agentliyinə istinadla məlumat verir ki, polis nümayəndəsi partlayışın "Boko haram" qruplaşması yaraqlılarının müntəzəm hücumlarına məruz qalan Dar yaşayış məntəqəsində baş verdiyini bildirib.

Nigeriyanın şimal-şərqində vəziyyət gərgin olaraq qalır. Ötən həftə partlayışlar seriyası Borno ştatının paytaxtı Mayduquri şəhərini lərzəyə salmışdı.

Sizin Reklam Yeriniz