Əlaqə Arxiv
news Image
2015.10.20
12:20
| A A A
Aydın Mirzəzadə: Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması çox əhəmiyyətli dönüş nöqtəsi olacaq

"Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstək üçün Milli Məclisə göndərdiyi qanun layihəsi Azərbaycanda iqtisadi proseslərdə çox əhəmiyyətli bir dönüş nöqtəsi olacaq".

Movqe.az-ın məlumatına görə, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsinə münasibətini bildirərkən deyib.

Deputat qeyd edib ki, Azərbaycan hökuməti daim ölkədə biznes mühitinin yaxşılaşması, sahibkarlığa dəstək üçün tədbirlər görüb: "Cənab Prezident həm hökumətin iclaslarında, həm ictimaiyyət qarşısında çıxışlarında daima bu məsələni xüsusilə vurğulayıb. Prezident İlham Əliyev dəfələrlə sahibkarların əsassız yoxlanılmasına son qoyulmasını, bu prosesin bir sistemə salınması məsələsini qaldırıb. Nazirlər Kabinetinin sonuncu iclasında bu məsələ bir daha vurğulandı. Dünən Prezident İlham Əliyevin sahibkarların yoxlanmasının iki il müddətinə dayandırılması ilə bağlı etdiyi təklif Azərbaycanda böyük əks-səda doğurdu. Çünki bu, əsassız yoxlamaların qarşısını alacaq, sahibkarların investisiya qoyması üçün münbit şərait yaradacaq".

A.Mirzəzadə bildirib ki, sahibkarların yoxlanılmasının dayandırılması eyni zamanda, vergi ödənişlərinin artmasına da səbəb olacaq: "Bu, eyni zamanda, sahibkarlar təbəqəsinin dövlətlərinə inamının daha da artmasına səbəb olacaq. Yoxlamaların dayandırılması biznes sahəsinin daha da genişləndilrilməsinə, sahibkarların gəlirlərinin artaraq onların həm yeni iş yerləri yaratmasına, həm də yeni investisiyalar qoymasına imkan verəcək".


Sizin Reklam Yeriniz