Əlaqə Arxiv
news Image
2015.10.20
15:45
| A A A
Nazir: “Kosta-Rika Azərbaycanı müttəfiq hesab edir”

"Kosta-Rika beynəlxalq hüquqa inanır".

Movqe.az-ın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Kosta-Rikanın xarici işlər naziri Manuel Qonzales Sanz Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Kosta-Rika eyni zamanda BMT çərçivəsində və digər beynəlxalq qurumlar çərçivəsində atılan sülhməramlı addımları dəstəkləyir.

O, ölkəsinin Xocalı faciəsi ilə bağlı mövqeyi ilə bunları deyib: "Bu qətnamə BMT çərçivəsində təsdiq olunsa, Kosta-Rika dəstəyini göstərəcək. Kosta-Rikanın silahlı qüvvələri yoxdur. Biz sülhməramlı siyasət yürüdürük. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. Bütün münaqişələrin bu yolla həll edilməsinin tərəfdarıyıq. Siz mürəkkəb durumda olmağınıza baxmayaraq, inkişaf etməyi bacardınız".


Nazir bildirib ki, Kosta-Rika Azərbaycanı müttəfiq hesab edir.


Sizin Reklam Yeriniz