Əlaqə Arxiv
news Image
2015.10.20
17:33
| A A A
Prezident İsveçrə Konfederasiyasının yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının yeni təyin olunmuş səfiri Filip Ştalderin etimadnaməsini qəbul edib.

 

Movqe.az-ın xəbərinə görə, Azərbaycanla İsveçrə arasında mövcud olan möhkəm əməkdaşlığın son illər ərzində daha da inkişaf etdiyini deyən dövlət başçısı bu əlaqələrin bir çox sahələri əhatə etdiyini məmnunluqla diqqətə çatdırıb. O, İsveçrə prezidentlərinin Azərbaycana, həmçinin özünün İsveçrəyə rəsmi səfərlərinə toxunaraq yüksək səviyyəli qarşılıqlı təmasların və xarici işlər nazirlikləri arasında aparılan fəal dialoqun önəmini vurğulayıb. İqtisadi sahədə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu sahələrində də yaxşı nəticələrin əldə olunduğunu bildirən prezident bunu ölkələr arasında mövcud olan hərtərəfli əməkdaşlığın göstəricisi kimi dəyərləndirib, hər iki ölkənin Azərbaycanın həyata keçirdiyi enerji layihələri çərçivəsində də uğurla əməkdaşlıq etdiyini söyləyib. Prezident İlham Əliyev səfir Filip Ştalderə gələcək fəaliyyətində uğurlar arzulayaraq, onun fəaliyyətinin ikitərəfli münasibətlərin genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Bakıda aparılan abadlıq işlərinin və şəhərin gözəl görünüşünün onda dərin təəssürat yaratdığını deyən F. Ştalder isə nəinki İsveçrə, həmçinin bütün qitə üçün Azərbaycanın əhəmiyyətinin getdikcə artdığını bildirib. Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən F. Ştalder ölkədəki diplomatik fəaliyyəti dövründə qarşılıqlı maraqlara xidmət edəcəyini, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Sizin Reklam Yeriniz