Əlaqə Arxiv
news Image
2015.10.22
11:10
| A A A
“Beşinci kolon” taktikası Azərbaycanda iflasa uğrayır
Elçin Mirzəbəyli: “Artıq Azərbaycanda müxtəlif xarici dairələrin, qrupların maraqlarına xidmət edən nüfuz vəkillərinin kimliyi hər kəsə bəllidir”

"Bu gün başqa ölkələrin daxili işlərinə müdaxilə etmək üçün hərbi güc deyil, daha çox "beşinci kolon" və seçki prosesinin tənqid edilməsindən istifadə edilir". Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov noyabrın 1-də keçiriləcək parlament seçkilərində gənclərin fəallığı ilə bağlı təşkil olunan tədbirdə deyib: "Biz sayıq olmalıyıq və ölkədə müəyyən şəxslərin xarici qüvvələrin təsiri altına düşməsinə imkan verməməliyik, həmçinin, onların xarici dairələrin maraqlarını təmin edən bir vasitəyə çevrilməsinin qarşısını almalıyıq".

Ümmuiyyətlə, "beşinci kolon" problemi uzun müddətdir gündəmdədir. Bu kolonun təmsilçilərinin aşkara çıxarılmasında da bu günə qədər az işr görülməyib. Təhlükənin qarşısının alınmasında isə ayrılıqda qurumların yox, bütövlükdə cəmiyyətin də rolu vacib görülür.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Elçin Mirzəbəyli bildirir ki, "5-ci kolon"dan istifadə yeni bir üsul deyil: "Bu proses "soyuq müharibə" dövründə həyata keçirildi. "Soyuq müharibə" dövründə bütün bu addımlar casus şəbəkəsi vasitəsi ilə həyata keçirildisə, SSRİ dağılandan sonra ayrı-ayrı ölkələr yeni müstəqillik qazanmış dövlətlərin işlərinə müdaxilə etmək imkanı qazandılar. Müxtəlif institutlar və fondlar adı altında öz nüfuz vəkillərini formalaşdırdılar.

Bu porses ayrı-ayrı ölkələrdə olduğu kimi postsovet məkanında, o cümlədən Azərbaycanda da yaşandı. Onun fəsadları indinin özündə də müəyyən qədər qalmaqdadır".

Sədr müavini hesab edir ki, "beşinci kolon"a qarşı mübarizənin əsasında ilk növbədə cəmiyyətin və medianın ayıq-sayıqlığı dayanır: "Düzdür, indiyə qədər Azərbaycan mətbuatı bu istiqamətdə kifayət qədər prinsipial mövqe nümayiş etdirib. Artıq Azərbaycanda müxtəlif xarici dairələrin, qrupların maraqlarına xidmət edən nüfuz vəkillərinin kimliyi hər kəsə bəllidir. Eyni zamanda Azərbaycanın müvafiq dövlət qurumlarının da bu istiqmətdə kifayət qədər ciddi addımlar var. Amma hazırda yaranmış vəziyyət bizi daha diqqətli olmağa vadar edir. Çünki, əvvəllər olduğu kimi insanların ayrı-ayrı ölkələrin nüfuz vəkilləri vəzifəsini yerinə yetirməsi prosesi indi birbaşa ünsiyyət vasitəsi ilə həyata keçmir. Hazırda bu işdə sosial şəbəkələr də xüsusi rol oynayır.

Sosial şəbəkələr vasitəsi ilə gənclərin ələ alınması prosesi gedir. Bu baxımdan bütövlükdə prosesə həssas yanaşılmalıdır. Cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində kifayət qədər ciddi addımlar atılmalıdır. Güzəştsiz mövqe nümayiş etdirmək gərəkdir. Bu istiqamətdə Azərbaycan dövlətinin siyasi iradəsi ortalıqdadır. Eyni zamanda cəmiyyət də milli maraqlarla bağlı məsələlərdə dövlətə birmənalı dəstək verir".

Elçin Mirzəbəyli hesab edir ki, "5-ci kolon" ölkəmizdə ciddi nailiyyət əldə edə bilməyib: "Bu da ilk növbədə Azərbaycan cəmiyyətinin ayıq-sayıqlığı, dövlətin nümayiş etdirdiyi prinsipial mövqe ilə bağlı olub. Biz dünyada baş verən hadisələrə nəzər yetirsək, "5-ci kolon"un dövlətləri hansı problemlərlə qarşı-qarşıya qoyduğunun şahidi oluruq. "Ərəb baharı" hadisələri birbaşa "5-ci kolon"nun iştirakı ilə həyata keçirilib. Hansı ki, bu proses sosial şəbəkələr vasitəsi ilə stimullaşdırılımışdı. Hələ vaxtı ilə Gürcüstanda, hazırda Ukraynada baş verən hadisələr gözümüzün qarşısında oldu. Amma bu məsələlərdə Azərbaycan müstəsna mövqeyə malikdir. Bu işdə dövlət və cəmiyyətin mövqeyinin birmənalı şəkildə, ortaq olmasının və Azərbaycan xalqının mütləq əksəriyyətinin vətənpərvər olmaları əsas götürülür".



Sizin Reklam Yeriniz