Əlaqə Arxiv
news Image
2015.10.21
17:42
| A A A
Sabahdan dairələrə seçki bülletenlərinin çatdırılmasına başlanacaq

"Seçki bülletenlərinin çapı artıq başa çatıb".

Movqe.az-ın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.

M. Pənahov bildirib ki, seçki bülletenlərinin dairələrə paylanmasına sabahdan başlanılacaq. MSK sədri bülletenlərin ilkin olaraq Naxçıvandakı seçki dairələrinə, sonra isə Azərbaycanın digər ucqar regionlarındakı dairələrə, nəhayət ən sonda Sumqayıt, Abşeron və Bakıdakı dairələrə paylanacağını bildirib.

MSK sədri parlamentə seçkilərlə bağlı təşviqatın zəif aparılması ilə bağlı fikirlərin yanlış olduğunu qeyd edib: "Əvvəlki seçkilərlə müqayisədə indi təşviqat daha çox sosial şəbəkələrdə aparılır, bunu nəzərə almaq lazımdır".


Sizin Reklam Yeriniz