Əlaqə Arxiv
news Image
2015.10.22
13:50
| A A A
​ABŞ, Almaniya, Böyük Britaniya və Fransa İrandan BMT-yə şikayət edib

ABŞ, Almaniya, Böyük Britaniya və Fransa İranın BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozması haqda quruma birgə yazılı müraciət ünvanlayıblar.

Bu haqda "Reuters" məlumat yayıb.

"Biz əmink ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsinin pozulmasına qarşı uyğun tədbir görülməsi və məsələni araşdırmaq üçün bu informasiya komitəyə yardım edəcək", - deyə müraciətdə bildirilib.

Məlumata əsasən, BMT Təhlükəsizlik Şurasının 2010-cu ildə qəbul etdiyi 1929 saylı qətnamə İrana ballistik raket proqramı üzrə fəaliyyət göstərməyi qadağan edir.

Qeyd edək ki, oktyabrın 10-da Tehran "İmad" ("Dayaq") adlı ballistik raketi uğurla sınaqdan keçirdiyini bəyan edib. İranın müdafiə naziri Hüseyn Dehqanın sözlərinə görə, bu, ballistik raketlərin yeni nəslinə aiddir və bütünlüklə ölkəsində hazırlanıb. Həmin raketlərin uçuşu 1700 km.-dir. Balistik raket 750 kq ağırlığında nüvə başlığı daşıya və 500 metrlik məsafədə yerləşən hədəfi dəqiq vura bilir.


Sizin Reklam Yeriniz