Əlaqə Arxiv
news Image
2015.10.23
09:00
| A A A
Suriya ermənilərinin Qarabağa köçü davam etdirilir
“Hökumətin Suriya ermənilərini Qarabağa köçürmək üçün hazırladığı “böyük plan” sürgündən heç nə ilə fərqlənmir”

Azərbaycanın işğal olunmuş ərazilərinə Ermənistan tərəfindən qanunsuz köçürmələr hələ də davam edir. Xüsusən də Suriya ermənilərinin. Təəssüf ki, məsələnin dəfələrlə qaldırılmasına baxmayaraq, beynəlxalq ictimaiyyət prosesə hələ də lazımi reaksiya vermir. Halbuki, Suriya ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsi beynəlxalq hüquqa ziddir və dərhal dayandırılmalıdır. Amma həm ölkəmizin işğal edilmiş ərazilərində, həm də Ermənistanda getdikcə pisləşən demoqrafik durum fonunda rəsmi İrəvan Suriya ermənilərinin köçrülməsiən xüsusi maraq göstərir.

Düzdür, Suriya erməniləri imkan düşdükcə başqa məkanlara üz tutmağa çalışır. Çünki, Ermənistan dərin sosial-iqtisadi böhran içindədir. Hətta Suriya erməniləri də Ermənistan iqtisadiyyatının dilənçi vəziyyətində olduğunu bildirirlər. Bəzi radikal erməni siyasətçilər isə suriyalı ermənilərin Azərbaycanın işğal edilmiş rayonlarında yerləşdirilməsi istiqamətində fəaliyyətin genişləndirilməsini zəuri sayırlar. Bu arada qeyd edək ki, BMT-nin qaçqınlarla iş üzrə agentliyinin hesabatında Suriyada 3238 erməninin rəsmi qaçqın olduğu, 12450 erməninin isə qaçqın vəziyyətinə yaxın olduğu deyilir. Ermənistan prezidenti Serj Sarkisyan BMT-nin Baş məclisində çıxışı zamanı son illər ərzində Suriyadan 16 min qaçqın qəbul etdiyini deyib.

Məsələ ilə bağlı Britaniyanın "Open Democracy" saytı yazır ki, Ermənistana gələn Suriya ermənilərini burada heç də xoş güzəran gözləmir. Bildirilir ki, Suriyada vətəndaş müharibəsi başlayana qədər bu ölkədə etnik ermənilərin sayı 80-100 minə qədər idi. Münaqişə başlayandan sonra onlar ölkəni tərk etməyə başladılar. Qeyd olunur ki, hazırda təxminən 15 min erməni Livanda, 2 min erməni İordaniyada, 8 mini Qərbi Avropa və ABŞ-dadır. Suriyadan qaçan erməni Arok Ekmanyan deyir ki, qaçqınların Ermənistana getmək istəməməsinin iki səbəbi var. Yolun uzaqlığı və bu ölkədə həyat səviyyəsinin aşağı olması. Belə ki, Suriyadan Ermənistana ən yaxın yol Türkiyədədir. Lakin Türkiyə ilə Ermənistan sərhədləri bağlı olduğu üçün onlar Gürcüstana gedərək oradan sərhədi keçə bilərlər. Bunun üçün çox pul lazımdır. Ona görə də kimdə pul varsa, aviabilet alaraq Livana gedir, oradan İrəvana uçur. Lakin Livana gedən əksər Suriya ermənisi bu ölkədə qalmağı seçirlər. Çünki Suriyada varlı həyata öyrəşmiş bu insanlar üçün yoxsul Ermənistanda çox çətin olur. Ermənistanda iqtisadi problemlərə diqqət çəkən sayt yazır ki, ölkədə işsizliyin səviyyəsi çox yüksəkdir, yüz minlərlə erməni problemlərdən yaxa qurtarmaq üçün miqrasiya edir. Çoxları da Rusiyada iş axtarırlar. Rusiyanın böhran yaşayan iqtisadiyyatı gələn erməniləri yedizdirməkdə çətinlik çəkir.

Sayt Suriya ermənilərinə istinadən qeyd edir ki, İrəvan hökuməti qaçqınların qarşısında şərt qoyur: Yaşamaq hüququ qarşılığında Dağlıq Qarabağa köçmək. "Hələb" xeyriyyə təşkilatının nümayəndəsi Sarkis Balaxyan deyir ki, Suriya ermənilərini Qarabağa köçürmək ağılsızlıqdır: "Onlar böyük şəhərlərdə yaşamış, səs-küylü həyata öyrəşmiş insanlardır". Qaçqınlardan biri sayta deyir: "Hökumətin Suriya ermənilərini Qarabağa köçürmək üçün hazırladığı "böyük plan" sürgündən heç nə ilə fərqlənmir". Saytın bir çox mənbələrdə apardığı araşdırmaya görə, hökumət Suriya ermənilərini iki səbəbə görə Qarabağa köçürmək istəyir: Birincisi, tanınmamış "DQR"-də əhali olduqca azdır, olanlar da ilk fürsətdə oranı tərk edir. İkincisi isə, Suriyadan gələn qaçqınların şəhər həyatında yaşayışını təmin etməyə hökumətin pulu yoxdur. Buna görə də onları daha çox kənd təsərrüfatı ilə məşğul olması üçün bu ərazilərə göndərmək istəyir. Amma Suryia erməniləri yaxşı bilir ki, bu ərazilərdə yaşamaq onların özləri üçün ciddi təhlükədir. İlk növbədə ona görə ki, Azərbaycan ərazilərinin işğal altında qalması ilə barışmaq niyyətində deyil və bu fonda müharibə yenidən alovlan bilər. Belə vəziyyət isə Suriya ermənilərinin yenidən didərgin düşməsi deməkdir. Həm də onlar burada müharibənin qurbanına çevrilmək isətmirlər. Bu səbəbdən işğal olunmuş Azərbaycan əraziləriən Ermənistan rəhbərliy hələ istədiyi qədər Suryia ermənisini yerləşdiər biləmyib. Amma bu istiqamətdə fəaliyyətindən də əl çəkmək istəmir.



Sizin Reklam Yeriniz