Əlaqə Arxiv
news Image
2015.10.22
19:30
| A A A
"Rustavi 2" telekanalının məhkəməsi başlayır
Telekanalın həyətində aksiyaların keçiriləcəyi gözlənilir

Bu gün Tiflisdə "Rustavi 2" telekanalı ilə bağlı məhkəmə prosesi işinə başlayacaq. Şirkətin keçmiş rəhbərinin qaldırdığı iddiaya əsasən baş tutacaq məhkəmə prosesində televiziyanın ya iddiaçıya verilməsi, ya da indiki sahibində qalması barədə qərar qəbul ediləcək. Şirkətin baş direktoru Nika Qvaramiya bildirib ki, hökumət rəsmilərindən ona verilən xəbərə görə, bu gün məhkəmə telekanalın köhnə rəhbərinə qaytarılması barədə qarar çıxaracaq.Qvaramiya onu da vurğulayıb ki, onu ailəsi ilə bağlı şantaj edirlər:"Mənim barəmdə deyilib ki, Qvaramiya unutmasın ki, ailə üzvləri hələ də Gürcüstandadır, onları Amerikaya göndərə bilmədi. Üstəlik mənim Saakaşvili ilə baş tutan telefon danışıqlarımı və digər videoyazıları da əleyhimə istifadə edəcəklərini deyiblər." Televiziya rəhbəri bütün bu təzyiqlərə baxmayaraq, mübarizədən çəkilməyəcəyini deyib:"Niyə prosesin keçirildiyi Tiflis şəhər məhkəməsinin binası qarşısında yox, "Rustavi 2" kanalının həyətində olduğumuzu deyim. Yüzlərlə insan bura toplaşıb və onların sayı artmaqda davam edir. Məhkəmənin verəcəyi qərardan sonra əsas hadisələrin də burada cərəyan edəcəyi gözlənilir".

Tiflis şəhər məhkəməsi, bu ilin avqust ayında keçmiş səhmdar Kibar Xalvaşinin iddiası əsasında "Rustavi 2" telekanalının əmlakının müsadirəsi haqda qərar vermişdi. Müsadirə edilən əmlak sırasında Sandro Euli küçəsindəki torpaq sahəsi də var. Kanalın ofisi də məhz bu ərazidə yerləşir. K. Xalvaşi iddia edir ki, bir neçə il öncə telekanaldakı hissələrindən qanunsuz olaraq məhrum edilib.

"Rustavi 2" kanalı 1994-cü ildə yayıma başlayan Gürcüstanın özəl televiziya kanalıdır. Bu kanal Türkiyə və bütün Avropada izlənirdi. "Rustavi 2" ən çox xəbərləri ilə diqqət çəkən kanaldır.

Sizin Reklam Yeriniz