Əlaqə Arxiv
news Image
2015.10.23
20:00
| A A A
Vyanada Suriya böhranına həsr olunan konfrans keçiriləcək

Bu gün Vyanada ABŞ-ın dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Suriya böhranına həsr olunan konfrans keçiriləcək.

Tədbirdən əvvəl vəziyyəti şərh edən KİV-lər və ekspertlər tərəflərin öz mövqelərində israr edəcəyi və konfransın böyük dönüşə səbəb olmayacağı proqnozunu veriblər.

ABŞ-ın dövlət katibi Con Kerri mətbuata verdiyi açıqlamada konfransda digər ölkələrin də Suriya böhranının nizamlanması üçün məsləhətləşmələrə qatılmasından öncə bir sıra spesifik mövzuların müzakirəyə çıxarılacağını deyib.

Konfransdan əvvəl C. Kerri və S. Lavrov arasında təkbətək görüş keçiriləcək.

Tədbirdə Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cübeyr, eləcə də digər ölkələrin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.


Sizin Reklam Yeriniz