Əlaqə Arxiv
news Image
2015.10.24
10:00
| A A A
MTN olaylarının ibrət dərsi
Qanunları pozanlar, vətəndaşları incidənlər mütləq cəzalanacaq

Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında cəəryan edən hadisələr bir məqamı növbəti dəfə qəti şəkildə təsdiq etdi. Söhbət vətəndaşların mənafeyinə zidd addım atanların tutduuğ vəzifədən asılı olmayaraq mütləq şəkildə cəzasını alacağından gedir. Əslində, bu xüsusda Prezident İlham Əliyev bir neçə dəfə sərt xəbərdarlıqla çıxış edib. Bu xəbərdarlıqlardan nəticə çıxaranlar da olub, çıxarmayaraq MTN-nin bəzi əməkdaşları kimi əməllərinə görə cəzalındırılanlar da var.

Dövləğt başçısının söylədiyi kimi, vəzifəsindən və daşıdığı statusundan asılı olmayaraq, kimsə cinayətkar əməllər törədib, hüquqi məsuliyyətdən yayına biləcəyini düşünürsə, səhvə yol verir. İstər məmur olsun, istər sahibkar, istərsə də sadə vətəndaş. Hər kəs sadə bir həqiqəti bilməli və qəbul etməlidir – qanunlara hörmətlə yanaşmaq. Əks hala cinayəti törədən cəzasını da alacaq. Məsələ bu rakursdan yanaşan Milli Məclisin vitse-spikeri Bahar Muradova deyir: "Bir qayda olaraq, cənab Prezident İlham Əliyev prezidentliyi dövründə xalqın və dövlətin milli maraqlarına uyğun olmayan mövqe sərgiləyənlərə qarşı hər zaman qətiyyətli mübarizə aparıb və biz də bunun nümunələrini faktlarla söyləyə bilərik". B.Muradova qeyd edib ki, Prezident İlham Əliyev dövlət idarəçiliyində, ayrı-ayrı qurumların fəaliyyətində, vətəndaşlara xidmət sahəsində, vətəndaşların maraq və mənafelərinin qorunmasına cavabdeh olan qurumların və şəxslərin fəaliyyətində hər hansı nöqsanlı cəhətə qarşı barışmazdır: "Bu barışmazlığı da cənab Prezident öz fəaliyyətində, konkret qəbul etdiyi qərarlarda və münasibətində göstərir. Bu onu sübut edir ki, cənab Prezident hər bir vətəndaşın prezidenti olmaq, nöqsanlara qarşı barışmaz olmaq, dövlətin, xalqın mənafeyi naminə qanunun aliliyi prinsipini hər şeydən üstün tutmaq vədinə sadiqdir və bunun üçün də lazım gəldiyi tədqirdə sərəncamlar, fərmanlar imzalamaq və Milli Məclisə qanunvericilik təşəbbüsü ilə müraciət etmək kimi addımlar atır".

Vitse spiker bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının yekunlarına həsr edilmiş iclasında çıxışı zamanı bir çox məsələlərə toxundu, vətəndaşları narahat edən problemlərlə bağlı qəti mövqeyini bildirdi: "Bu münasibətdən sonra da dərhal konkret addımlar atılmağa başlandı və cənab İlham Əliyev öz qərarında qəti olduğunu və heç kimə güzəşt olmayacağını əyani şəkildə nümayiş etdirdi". B.Muradova deyib ki, hər kəs bu mövqedən, atılan bu ciddi addımlardan nəticə çıxarmalı, hər kəs öz fəaliyyətinə diqqət etməli, nöqsanları vaxtında müəyyənləşdirərək aradan qaldırmalıdır ki, onun haqqında da müvafiq tədbirlərin görülməsinə ehtiyac qalmasın.

Əslində, MTN ətrafında baş verənlər həm də vətəndaşa, dövlətə münasibətdə yanlışlığa yol verənlər üçün ən yaxşı ibrət dərslərindən biri hesab edilə bilər. Anna Vətən Partiyasının sədri Fəzail Ağamalı da bildirir ki, İlham Əliyevin Nazirlər Kabinetinin son toplantısında çıxışından sonra hər kəsə bəlli idi ki, bu konkret addımlar atılacaq, özbaşınalığa yol verən, qanunları pozan, səlahiyyətlərindən sui-istifadə edərək insanları incidən, dövlətçiliyimizin güclənməsinə mane olan məmurlara qarşı çox qətiyyətli tədbirlər həyata keçiriləcək: "Bir neçə gün bundan əvvəl bu tədbirlərin konkret şahidi olduq. Milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırılıb, həmin nazirliyin bir neçə yüksək rütbəli zabiti haqqında həbs-qətimkan tədbiri seçilib, istintaq başlayıb". F.Ağamalı qeyd edib ki, bu tədbirlər göstərir ki, dövlət başçısı sahibkarlığa mane olanlara, rüşvətxorluq və korrupsiyanı adi həyat normasına çevirənlərə, insanları incidənlərə və səlahiyyətlərindən sui-istifadə edib dövlətçiliyimizin zəifləməsinə xidmət edənlərə qarşı sözün əsl mənasında sərt mübarizə aparır: "Onlara qarşı barışmaz mövqe artıq ortadadır və bundan sonra da əminəm ki, Prezidentin konkret addımlarının şahidi olacağıq. Hər kəs bundan nəticə çıxarmalı və səlahiyyətləri çərçivəsində Azərbaycana dövlətinə, xalqına xidmət etməlidir". Onu da bildirək ki, Prezident İlham Əliyevin gördüyü bu işlər insanlar tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Görülən tədbirlər ölkəmizdə şəffaflığın artırılmasına, biznes mühitinin təkmilləşdirilməsinə, ölkə iqtisadiyyatının inkişafına və insanların rifahının yaxşılaşdırılmasına hesablanıb. Bu mənada xalq ölkə rəhbərliy arasında birlyini daha da möhkəmlənəəcyi heç bir şübhə doğurmur.



Sizin Reklam Yeriniz