Əlaqə Arxiv
news Image
2015.10.24
23:00
| A A A
Rusiya XİN rəhbəri: “Suriya seçkilərə hazırlaşmalıdır”

"Suriya parlament və prezident seçkilərinə hazırlaşmalıdır".

Movqe.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.

O qeyd edib ki, artıq  Suriyada siyasi prosesin irəliləməsi tendensiyası sezilməkdədir. Gələcəkdə suriyalıların xarici ölkələrin təsiri ilə danışıqlar masası arxasına keçəcəyinə ümid etdiyini deyən diplomat bununla belə münaqişədə iştirak edən xarici qüvvələrin Suriya vətəndaşlarının əvəzinə siyasi məsələləri həll etmək iqtidarında olmadığını vurğulayıb.

Lavrov həmçinin bildirib ki, Moskva Suriya məsələsində addımların koordinasiyasında Vaşinqtonla əməkdaşlığa açıqdır.


Sizin Reklam Yeriniz