Əlaqə Arxiv
news Image
2015.10.25
09:30
| A A A
Praqa BMT-nin ona ünvanlandığı tənqidi rədd edir

Çexiyanın xarici işlər naziri Lyubomir Zaoralek BMT-nin insan hüquqları üzrə ali komissarının Çex hökumətinin miqrantların hüquqlarını sistematik pozması barədə ittihamını rədd edib.

Xarici siyasət idarəsinin başçısı BMT komissarını Çexiyada saxlanmış miqrantların yerləşdirildikləri müəssisələrə dəvət edib. Lyubomir Zaoralek Zeyd Raad Əl-Hüseynlə görüşməyə və müvafiq məsələni istənilən tərəfdən müzakirə etməyə hazır olduğunu bildirib.

Xarici İşlər Nazirliyi vurğulayır ki, Çexiya miqrasiya böhranının həllində iştirak edir və son iki həftədə üç dəfə qaçqınlar üçün humanitar yük göndərib.

Sizin Reklam Yeriniz