Əlaqə Arxiv
news Image
2015.10.25
11:30
| A A A
Rusiya ilə Misir Suriya əməliyyatlarında birgə əməkdaşlıq edəcək

Rusiya ilə Misir Suriya əməliyyatlarında birgə əməkdaşlıq edəcək.

Movqe.az Anadolu agentliyinə istinadlən məlumat verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib. O, Suriya böhranının həlli üçün aparılan müzakirələrin İranın iştirakı olmadan ümid vəd etməyəcəyini, bu prosesə Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyanın də qatılmasının vacibliyini bildirib. S.Lavrov misirli həmkarı Samih Şükrü ilə iki ölkənin Suriyadakı terror əməliyyatlarında və siyasi həll prosesində əməkdaşlıq etməklə bağlı razılığa gəldiklərini deyib.

Qərb ölkələrindən fərqli olaraq təkcə bir tərəfi müdafiə etmədiklərini deyən Rusiyanın xarici işlər naziri yalnız Bəşər Əsədin və ya hər hansı bir müxalif qrupun deyil, bütövlükdə Suriyanın maraqlarını qoruduqlarını bildirib.


Sizin Reklam Yeriniz