Əlaqə Arxiv
news Image
2015.10.25
16:30
| A A A
İsrail nümayəndə heyəti Azərbaycanda parlament seçkilərini müşahidə edəcək

Azərbaycanda noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar İsrail nümayəndə heyəti oktyabrın 30-da Bakıya gələcək.

Movqe.az Seçki 2015.az saytına istinadən məlumat verir ki, bu barədə "AZİZ" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda seçkiləri müşahidə etmək üçün İsrail nümayəndə heyətinin tərkibinə 4 nəfər - İsrailin keçmiş xarici işlər naziri, "Naş dom- İsrail" partiyasının lideri, tanınmış siyasətçi Aviqdor Liberman, keçmiş nazir Sofa Landver, İsrail parlamentinin üzvü Konstantin Razbozov, İsrailin ABŞ-dakı keçmiş səfiri, tanınmış siyasətçi Maykl Oren daxildir.

Qeyd edək ki, noyabrın 2-də İsrail nümayəndə heyəti Azərbaycanda mətbuat konfransı keçirməyi planlaşdırır.


Sizin Reklam Yeriniz