Əlaqə Arxiv
news Image
2015.10.26
11:05
| A A A
Köln şəhərində mühacirlərə dəstək və etiraz nümayişi keçirilib

Avropa ölkələrində mühacirlərə qarşı etiraz dalğası gündən-günə daha kəskin xarakter almağa başlayıb.

Movqe.az "Alman Dalğası"na istinadən verdiyi məlumat görə, ötən gün Köln şəhərində ultrasağ təşkilatlarının tərəfdarları mühacirlər əleyhinə etiraz aksiyası keçiriblər. Minə yaxın şəxs yerli icra orqanlarının suriyalı qaçqınlar üçün müvəqqəti mərkəzin tikilməsi təklifinə qarşı çıxıblar.

Qeyd edək ki, paralel olaraq şəhərdə mühacirlərə dəstək nümayişi də təşkil olunub.

Təhlükəsizliyi təmin etmək üçün əraziyə yüzlərlə polis cəlb olunub. Buna baxmayaraq, tərəflər arasında toqquşmalar baş verib. Polis qarşıdurmaya müdaxilə etmək məcburiyyətində qalıb.


Sizin Reklam Yeriniz