Əlaqə Arxiv
news Image
2015.10.26
13:45
| A A A
Ukrayna MSK yerli seçkilərdə seçicilərin iştirakı barədə rəsmi məlumat dərc edib

Oktyabrın 25-də Ukraynada keçirilmiş yerli seçkilərdə səsvermədə seçicilərin 46,62 faizi iştirak edib. Bu barədə məlumat ölkə MSK-nın saytında dərc olunub.

Seçicilərin fəallığı göstəricisinə görə, Ternopol (56,50 faiz) və Lvov (56,31 faiz) vilayətləri liderdirlər.

Volınsk, Vinnitsa, İvano-Frankovsk, Rovno və Xmelnitsk vilayətlərində də seçicilərin yarıdan çoxu seçki məntəqələrinə gəlib.

Kiyevdə seçicilərin 41,87 faizi səs verib.

Seçicilərin ən aşağı fəallığı, gözlənildiyi kimi, Donetsk (31,65 faiz) və Luqansk (35,27 faiz) vilayətlərində qeydə alınıb.

Ekzit-pol məlumatlarına görə, Kiyev və Dnepropetrovsk şəhərləri mer seçkilərinin ikinci turuna hazırlaşmalıdırlar. Xarkov və Vinnitsa şəhərlərində isə ən çox ehtimal edilən gələcək merlərin soyadları artıq məlumdur.

Ukrayna paytaxtının indiki meri Vitali Kliçko (Pyotr Poroşenkonun "Solidarnost" bloku) 40,4 faiz səs toplayaraq merliyə namizədlər arasında lider olub.

Xarkov qradonaçalniki seçkilərində bu şəhərin indiki rəhbəri Gennadi kernes 59,3 faiz səs toplayaraq böyük fərqlə liderlik edir.

Dnepropetviskda "Ukrayna Vətənpərvərlər Birliyi –UKROP" partiyasının üzvü Boris Fulatov (41,6 faiz) və "Müxalifət bloku" fraksiyasından xalq deputatı Aleksandr Vilkul (32 faiz) mer seçkilərinin ikinci turuna keçiblər.

Odessada mer seçkilərinin ikinci turuna indiki mer Gennadi Truxanov və Vilayət Dövlət Administrasiyasının sədrinin müşaviri Aleksandr Borovik çıxıb.

Lvov şəhərinin rəhbəri seçkilərində indiki mer Andrey Sadovıy ("Samopomiç birliyi" siyasi partiyası) 48,8 faiz səs toplayaraq liderlik edir.


Sizin Reklam Yeriniz