Əlaqə Arxiv
news Image
2015.10.26
19:00
| A A A
Aİ-nin təcili sammiti qaçqınların nəzarətsiz axınını müzakirə edib

Aİ ölkələri Qərbi Avropaya Balkan marşrutu adlanan istiqamətdə hərəkət edən qaçqın axınlarına nəzarət etməyə cəhd göstərirlər. Oktyabrın 25-də Brüsseldə keçirilən təcilli sammit bu problemə həsr olunub. Sammitdə Avropa Komissiyası və bu məsələdə marağı olan ölkələr miqrantların qeydiyyatı prosedurlarının qaydaya salınmasında və onlara yardım göstərilməsində razılaşmağa çalışıblar. Avropa Komissiyasının sədri Jan-Klod Yunker sammitin açılışından əvvəl Balkan marşrutunda yerləşən ölkələri miqrantları Aİ-yə qonşu dövlətlərə nizamsız keçirməyi dayandırmağa çağırıb. Bu praktikaya son qoyulmalıdır. Bu ölkələr nizamlı qeydiyyat prosedurunu və qaçqınlara yardım göstərilməsini təmin etməlidir. Jan-Klod Yunker "BildamSonntag" həftəlik jurnalına bazar günü verdiyi müsahibədə bildirib ki, Avropa Komissiyası hər kəsin oyun qaydalarına əməl edəcəyini gözləyir. O, əks halda Şengenin təhlükə altında olacağı barədə xəbərdarlıq edib.

"Reuters" agentliyi xəbər verir ki, yaranmış vəziyyətlə bağlı Almaniya və çoxlu sayda qaçqınları qəbul edən digər ölkələr Suriya və İraqdan, son vaxtlar isə daha çox Əfqanıstan və Pakistandan böyük miqrant axını ilə rastlaşan Sloveniyaya, Xorvatiyaya, Makedoniyaya və Serbiyaya konkret yardım etməyə hazırdır.


Sizin Reklam Yeriniz