Əlaqə Arxiv
news Image
2015.10.27
09:01
| A A A
ATƏT DTİHB Azərbaycana qarşı açıq qərəzdə ittiham olundu
Qurumun məkrli mövqeyinə rəğmən, parlament seçkilərini çoxsaylı beynəlxalq müşahidəçilər izləyəcək

Bu bazar keçriləcək parlament seçkilərinə ölkə ictimaiyyəti ilə yanaşı, beynəlxalq miqyasda da böyük maraq müşahidə olunur. Elə bu səbəbdəndir ki, seçkilərin gedişini izləyəcək xeyli sayda beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Seçkiləri müşahidə etməkdən imtina edənlərin isə bu prosesdə açıq qərəzə yol verdiklərini açıq şəkildə bəyan edənlərin sayı artır. Sözügedən məsələdə ATƏT- in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) qərəzli mövqeyi isə daha sərt tənqid hədəfidir.

Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun MDB ölkələri üzrə şöbəsinin rəhbəri Aleksey Bıçkov "İnterfax-Azərbaycan" İnformasiya Agentliyinə müsahibəsində bu xüsusda ilə olaraq ona diqqət çəkir ki, Azərbaycandakı seçkiqabağı mübarizəyə baxdıqda, qarşıdan gələn parlament seçkilərinin maraqlı və dolğun keçəcəyini demək olar: "Hesab edirəm ki, budəfəki seçkilər də gərgin olacaq". Onun sözlərinə görə, Milli Məclisə seçkilərdə mübarizə aparan namizədlərin sayının təxminən dörd dəfə artdığını nəzərə alsaq, hətta bəzi dairələrdə bir yer uğrunda 30-dan artıq namizədin mübarizə apardığını görmək olar: "Azərbaycan öz mövqeyində qətiyyətlidir. Azərbaycan yaltaqlığın olmadığı bir ölkədir, bu isə bəzi qüvvələri qıcıqlandırır. BMT, ATƏT, AŞPA və digər strukturların, hətta bəzi dövlətlərin hökumətləri müstəqilliklərini və şəxsi qərar qəbul etmək imkanlarını artıq çoxdan itiriblər. ATƏT- in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərdə müşahidəçi qismində iştirakdan imtina etməsi bu təşkilatın prinsipləri ilə uzlaşmır və bu strukturun qərəzliliyini növbəti dəfə göstərir".

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov isə on adiqqət çəkir ki,

ATƏT DTİHB Azərbaycana parlament seçkiləri ilə bağlı müşahidəçilər göndərməkdən imtina etməklə bir sıra ölkələrlə münasibətləri korlaya bilər: "Fikrimcə, bu insident Büronun bir sıra ölkələrlə münasibətlərinə ciddi təsir edəcək". Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu günlərdə qurumu qərəzli mövqeyinə görə sərt tənqid etmişdi: "ATƏT DTİHB zəif və boş olduğu üçün Azərbaycanda keçiriləcək seçkilərə getməmək barədə qərar qəbul edib". Onun sözlərinə görə, dövlət, o cümlədən ATƏT-dən müşahidəçilər dəvət etməlidir və oraya neçə müşahidəçinin gedəcəyi vacib deyil: "Bu, katibliyin günahı deyil, boş olduğu üçün ardıcıl sınaqlara məruz qalan struktur və onu dolğun təşkilat etməkdən boyun qaçıranlar asan manipulyasiya etmək üçün təşkilatın belə səviyyədə qalmasına üstünlük verirlər".

Xatırladaq ki, ATƏT çərçivəsində üzərinə düşən öhdəliklərinə riayət edərək, Azərbaycan tərəfindən 14 iyul 2015-ci il tarixində 1 noyabrda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün ATƏT DTİHB-yə dəvət göndərilib. Heç bir ehtiyac olmadığı halda qurum tərəfindən 400 nəfər müşahidəçinin göndərilməsinə cəhd edilib. Azərbaycan tərəfi isə ATƏT məkanında mövcud seçki praktikasına uyğun olaraq, müşahidəçilərin sayının ölkə əhalisi, seçici və seçki dairəsinin sayına mütənasib və rasional olmalı olduğunu bildirib. Belə ki, 9.5 milyon əhalisi və 125 seçki dairəsi olan Azərbaycana DTİHB tərəfindən 400 nəfər müşahidəçinin göndərilməsinin heç bir məntiqə sığmadığı qeyd olunub. Müqayisə üçün qeyd edək ki, 50 milyon əhalisi olan Ukraynaya 26 oktyabr 2014-cü il seçkilərini müşahidə etmək üçün 600 nəfər, 150 milyona yaxın əhalisi olan Rusiyaya 4 dekabr 2011-ci il seçkilərində 200 nəfər, 5 oktyabr 2015-ci ildə Bolqarıstanda keçirilən seçkilərə 12 nəfər, 16 mart 2014-cü ildə Serbiyada keçirilən seçkilərə 12 nəfər, 21 dekabr 2014-cü ildə Özbəkistanda keçirilən seçkilərə isə 12 nəfər müşahidəçi göndərilib. DTHİB Azərbaycanı gətirdyi arqumentlər qarşısında əhali və seçici sayına nisbətdə müşahidəçilərin sayının bu dərəcədə qeyri-mütənasibliyinin məntiqi izahatını hələ də verə bilməyib. bununla məsələyə qərəzli münasibətini ortaya qoyub.

Amma yuxarıda qeyd olunduğu kimi seçkiləri izləyəcək beynəlxalq müşahidəçilərin sayı da kifayət qədərdir. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Secki2015.az" saytına açıqlamasında deyib ki, hazırda Mərkəzi Seçki Komissiyasında 465 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 36 beynəlxalq qurumu təmsil edirlər. MSK sədri bildirib ki, seçkiləri ümumilikdə 53 ölkəni təmsil edən müşahidəçi missiyaları izləyəcək: "Bunlara Avropa Şurası Parlament Assambleyası (AŞPA), Müstəqil Dövlətlər Birliyi (MDB), Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QİƏT PA), Avstraliya, İtaliya, Bolqarıstan, Litva, Latviya parlamentləri, Böyük Britaniya Lordlar palatası, müxtəlif ölkələrin Mərkəzi Seçki Komissiyalarının nümayəndə heyətlərinin rəhbərləri, Avropa Seçki Müşahidə Akademiyası, GÜAM, Amerika siyasi monitorinq mərkəzi və digər mötəbər qurumlardan olan nümayəndə heyətləri daxildirlər. Bir sözlə, müşahidəçilərin coğrafiyası çox genişdir. Bu baxımdan müşahidəçilərin sayı və miqyası ötən seçkilərdən müsbət istiqamətdə fərqlənir".

M.Pənahov vurğulayıb ki, xarici müşahidəçilərin böyük əksəriyyəti seçki prosesində təcrübəsi olan şəxslərdir: "Müstəqil şəkildə dairə seçki komissiyalarına müraciət edib müşahidə aparmaq istəyənlərin isə sayı 55 mini keçib. Azərbaycanlı müşahidəçilərin böyük əksəriyyəti siyasi partiyaların nümayəndələridir". M.Pənahov əlavə edib ki, akkreditasiya olunanların sayına istinad olunsa, hazırda 1 seçki məntəqəsinə təxminən 10 müşahidəçi düşür, bu isə kifayət qədər böyük rəqəmdir.



Sizin Reklam Yeriniz