Əlaqə Arxiv
news Image
2015.10.27
13:04
| A A A
MTN: Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir

"Milli Təhlükəsizlik Nazirliyi tərəfindən digər hüquq-mühafizə orqanları ilə birlikdə Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir".

 

Movqe.az-ın məlumatına görə, bunu APA-nın Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərlə bağlı təhlükəsizlik üzrə hansı işlərin aparıldığına dair sorğusuna cavab olaraq, Milli Təhlükəsizlik Naziliyinin İctimai Əlaqələr İdarəsinin rəisi Arif Babayev deyib.

 

Onun sözlərinə görə, əməliyyat şəraitinə nəzarət olunur: "Milli Təhlükəsizlik Nazirliyi ölkəmizin mənafelərinin və təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində müsbət fəaliyyətini bundan sonra da davam etdirəcək".

Sizin Reklam Yeriniz