Əlaqə Arxiv
news Image
2015.10.27
15:25
| A A A
Leonid Slutski: Azərbaycan cəmiyyəti öz Prezidenti ətrafında birləşib

Azərbaycan cəmiyyəti öz Prezidenti, onun yürütdüyü siyasət ətrafında birləşib. Movqe.az-ın məlumatına görə, bunu mətbuat konfransında Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə komitəsinin sədri Leonid Slutski deyib.

Onun sözlərinə görə, bütün dövlət proqramlarının əlamətdar tərkib hissələri əhalinin rifahının yaxşılaşdırılmasına, yoxsulluqla mübarizəyə və ölkənin enerji müstəqilliyinin əldə edilməsinə yönəlib ki, bu da Prezidentin böyük proqramının tərkib hissəsidir.

L.Slutski qeyd edib ki, idmanda olduğu kimi, seçki siyasətində də heç kimlə deyil, özünlə müqayisə aparmaq lazımdır: "MDB Parlamentlərarası Assambleyasında seçkilərin monitorinqini aparan demokratiya problemləri institutu yaradılıb. İnstitut indi də Azərbaycanda uzunmüddətli missiyanı yerinə yetirir. Biz postsovet tariximizin 20 ildən artıq müddətində prezident və Milli Məclisə seçkilərlə müqayisədə tərəqqinin nə qədər böyük olduğu qənaətinə gələ bilərik".

O, əlavə edib ki, bütün seçkilərin monitorinqləri seçki praktikasının təkmilləşməsini göstərdi: "Mən seçkiləri qabaqcadan sezə bilmərəm, lakin biz uzunmüddətli missiyanın çıxardığı nəticələrlə artıq tanışıq və fikrimcə, seçicilərin iştirakı böyük olacaq".

L.Slutski seçkilərin Azərbaycan ətrafında çətin beynəlxalq şəraitdə keçməsindən təəssüf etdiyini bildirib: "ATƏT və təşkilatın Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunda qəribə vəziyyət yaranıb. Missiyanın seçkilərdə iştirakdan imtina etməsi mənə qəribə gəldi. Axı Büro ATƏT məkanında müxtəlif səviyyəli seçkilərin demokratikliyini müşahidə etmək üçün yaradılıb. Hazırda Azərbaycanın bir çox opponentləti seçkilərin qeyri-demokratikliyindən, hansı isə qeyri-sağlam tendensiyalardan və s. danışmağa çalışırlar. Buna artıq Qərbin nüfuzlu beynəlxalq dairələrində qiymət verilib".


Sizin Reklam Yeriniz