Əlaqə Arxiv
news Image
2015.10.27
17:42
| A A A
Paolo Centiloni: Avropa hazırda ciddi böhranla üz-üzədir

Avropa daha çox miqrantı qəbul etmək iqtidarındadır. Əgər Avropa İttifaqına üzv dövlətlər bu məsələdə bərabər hərəkət etsələr, qitəmiz yüz minlərlə miqranta yardım edə bilər.

Bu sözləri İtaliyanın xarici işlər naziri Paolo Centiloni deyib. O bildirib ki, Avropa hazırda ciddi böhranla üz-üzədir. İndiyədək miqrasiyaya dair vahid Avropa siyasətinin olmaması inanılmaz bir faktdır.

Qeyd edək ki, İtaliyanın Daxili İşlər Nazirliyinin hesabatına görə, hazırda bu ölkədə 99 min nəfərdən çox miqrant məskunlaşıb. Ötən illə müqayisədə cari il İtaliyada miqrantlarla bağlı dövlət xərcləri iki dəfə artaraq 1,16 milyard avroya çatıb.


Sizin Reklam Yeriniz