Əlaqə Arxiv
news Image
2015.10.27
20:30
| A A A
Azərbaycandakı seçkiləri gözdən salmaq təşəbbüsləri fiaskoya məhkumdur

"Seçkilər" Media Mərkəzi- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda keçiriləcək seçkilərdə qüsur tapa bilmədiyi üçün müşahidə missiyası göndərməkdən imtina edib. Əgər neqativ məqamlar yoxdursa, bu missiyanın Bakıya gəlməsinə də ehtiyac yoxdur. Seçki-2015.az saytı xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə komitəsinin sədri Leonid Slutski deyib.

O, bildirib ki, təşkilat bu mövqeyi ilə əslində Azərbaycanın deyil, öz əleyhinə işləyir:"Büro bununla Qərbin sifarişi ilə hərəkət etdiyini göstərir. Əgər Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ATƏT-in tərkibində qalmasını istəyiriksə, onda bu təşkilatı kökündən dəyişməliyik".

Slutski deyib: "ATƏT və təşkilatın Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunda qəribə vəziyyət yaranıb. Missiyanın seçkilərdə iştirakdan imtina etməsi mənə qəribə gəldi. Axı, Büro ATƏT məkanında müxtəlif səviyyəli seçkilərin demokratikliyini müşahidə etmək üçün yaradılıb. Hazırda Azərbaycanın bir çox opponentləri seçkilərin qeyri-demokratikliyindən, hər hansı qeyri-sağlam tendensiyalardan danışmağa çalışırlar.

Hesab edirəm ki, seçkilərdə seçicilərin fəallığı kifayət qədər yüksək olacaq. Çünki Azərbaycan ictimaiyyəti ölkə başçısının ətrafında sıx birləşib. Biz Milli Məclisə keçiriləcək seçkiləri obyektiv qiymətləndirəcəyik. Bu gün Azərbaycan cəmiyyəti kifayət qədər inkişaf edib. Bu inkişafa qara yaxmaq heç bir nəticə verməyəcək. Əminik ki, seçkilər demokratik şəraitdə keçəcək. Azərbaycanda keçiriləcək seçkiləri gözdən salmaq təşəbbüsləri fiaskoya məhkumdur".

Sizin Reklam Yeriniz