Əlaqə Arxiv
news Image
2015.10.29
14:30
| A A A
Türkiyədə Cümhuriyyət bayramı qeyd olunur

Türkiyə Cümhuriyyətinin yaranmasının 92-ci ildönümü münasibətilə Ankarada rəsmi mərasim keçirilib.

Mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Əhməd Davudoğlu və digər rəsmi şəxslər, siyasi partiyaların rəhbərləri, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbir ziyarət olunub. Atatürkün məzarı önünə əklil qoyulub, xatirəsi yad olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış edib.

Türkiyənin milli bayramı – Respublika günü münasibətilə təşkil olunan mərasimlər gün ərzində ölkə ərazisində davam edəcək.


Xatırladaq ki, 1923-cü il oktyabrın 29-da türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Cümhuriyyətinin yaranması bəyan edilib.


Sizin Reklam Yeriniz